Azərbaycanla Gürcüstan qaz nəqli ilə bağlı mövcud müqavilənin şərtlərinin dəyişdirilməsi istiqamətində işləyir

Azərbaycanla Gürcüstan qaz nəqli ilə bağlı mövcud müqavilənin şərtlərinin dəyişdirilməsi istiqamətində işləyir
# 25 fevral 2016 12:10 (UTC +04:00)

Bakı - APA-Economics. Gürcüstanın baş nazirinin birinci müavini, energetika naziri Kaxa Kaladze fevralın 29-da Bakıda keçiriləcək "Cənub Qaz Dəhlizi" Məşvərət Şurasının iclasında iştirak edəcək. "APA-Economics" xəbər verir ki, bu barədə Gürcüstanın energetika nazirinin müavini Mariam Valişvili bildirib.

"Ümid edirik ki, fevralın 29-da baş tutacaq görüşdə tərəflər gələcək əməkdaşlığın prinsipləri ilə bağlı razılıq əldə edəcəklər", - deyə nazir müavini bildirib.

Nazir müavini deyib ki, Azərbaycanla Gürcüstan qaz nəqli ilə bağlı mövcud müqavilənin şərtlərinin dəyişdirilməsi istiqamətində işləyir: "Söhbət həm qiymət siyasətindən, həm də texniki detallardan gedir".

Onun sözlərinə görə, Gürcüstan tərəfi Rusiyanın "Qazprom" şirkəti ilə danışıqları nəticə əldə olunana qədər davam etdirəcək. Gürcüstan Rusiyanın Ermənistana nəql etdiyi qaza görə tranzit haqqının artırılmasını istəyir.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR