Əli Əhmədov: “İcbari tibbi sığortanın tətbiqi üçün zəruri araşdırmalar aparılır”

Əli Əhmədov: “İcbari tibbi sığortanın tətbiqi üçün zəruri araşdırmalar aparılır”
# 21 noyabr 2015 11:09 (UTC +04:00)

APA-nın məlumatına görə, bunu Azərbaycan baş nazirinin müavini Əli Əhmədov deyib.

O qeyd edib ki, artıq Nazirlər Kabinti nəzdində İcbari Tibbi Sığorta Dövlət Agentliyinə rəhbər təyin edilib, struktur formalaşmaq üzrədir: “Əlbəttə, müəyyən vaxt lazımdır. Qarşıda böyük işlər durur. Hər şeydən əvvəl agentlik formalaşdırılmalı, fəaliyyət üçün hazır vəziyyətə gətirilməlidir. Bundan sonra isə model seçilib, Azərbaycanda tibbi sığorta tətbiq edilməlidir.

Güman edirəm ki, intensiv işlər nəticəsində bunun tətbiqini yaxınlaşdıracağıq. Əvvəlcədən demək istəyirəm ki, tibbi sığortanın tətbiq edilməsi üçün böyük işlər görülməli, qanunvericilik bazası təkmilləşdirilməlidir. Personalın hazırlanması da zaman tələb edir. Azərbaycanda tibbi sığorta çox geniş yayılmasa da, müəyyən qədər var. Biz çalışacağıq ki, nəzərdə tutulan işlərin böyük əksəriyyəti 2016-cı il ərzində görülsün”.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR