"Unibank" yeni strategiya üzərində işləyir

"Unibank" yeni strategiya üzərində işləyir
# 05 yanvar 2016 14:31 (UTC +04:00)

Bakı. Musa Əhmədov - APA-Economics. "Unibank" ASC-nin yeni strategiyası hazırlanır.

Bu barədə "APA-Economics"ə açıqlamasında "Unibank" ASC-nin İdarə Heyətinin sədri Faiq Hüseynov deyib.

F. Hüseynovun sözlərinə görə, sənəd hələ ki hazır deyil: "Sənəddə qısa və uzunmüddətli məqsədlər öz əksini tapacaq. Strategiya 3-5 illik olacaq. Qlobal səviyyədə baş verən hadisələrin Azərbaycana birmənalı təsiri var. Bu səbəbdən uzunmüddətli, hətta ortamüddətli strategiyaları 70%-lik dəqiqliklə işləmək mümkün deyil".

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR