Bank Of Baku

Bekir Pakdemirli: "Son 10 gündə baş verən 223 yanğından 217-si nəzarətə alınıb"

Bekir Pakdemirli

© APA | Bekir Pakdemirli

# 07 avqust 2021 14:06 (UTC +04:00)

Türkiyədə son 10 gündə baş verən 223 yanğından 217-si nəzarətə alınıb.

APA-nın yerli bürosunun xəbərinə görə, bunu Türkiyənin meşə və kənd təsərrüfatı naziri Bekir Pakdemirli Türkiyədəki yanğınlarla bağlı son vəziyyətə dair mətbuata açıqlamasında bildirib.

Nazir, Muğlada 4 - Kavaklıdere, Milas, Göyçiyez, Yatağan, Çile və Spartada Sütçülerdə, ümumilikdə 6 yerdə yanğınların söndürülməsi və ətraf əraziyə yayılmaması üçün mübarizənin davam etdirildiyini bildirib. Davam edən yanğınlara aid son vəziyyət haqda danışan nazir deyib ki, Milasdakı yanğının yaxın ərazisində yerləşən Yeniköy İstilik Elektrik Mərkəzi üçün hazırda təhlükəsi yoxdur.

Nazir Antaliyada iyulun 28-dən başlayan və dünən söndürülən yanğınlardan 15 min hektar kənd təsərrüfatı ərazisinin zərərə məruz qaldığını deyib.

B.Pakdemirli, yanğınların söndürülməsində Azərbaycandan verilən dəstəyi bir daha vurğulayıb və təşəkkür edib: “Azərbaycanlı qardaşlarımızdan Allah razı olsun. Azərbaycan, Ukrayna, İran, Rusiya, Xorvatiyadan verilən dəstəklərə görə ayrı-ayrılıqda təşəkkür edirəm”.

 

 

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR