ABŞ-da prezident seçkilərinin ilkin nəticələri nefti ucuzlaşdırıb

ABŞ-da prezident seçkilərinin ilkin nəticələri nefti ucuzlaşdırıb
# 09 noyabr 2016 06:18 (UTC +04:00)

Dünya birjalarında neft ucuzlaşıb.

"APA-Economics" xəbər verir ki, Nyu-Yorkun NYMEX əmtəə birjasında keçirilən elektron ticarət əməliyyatlarının gedişində WTI neftinin qiyməti 1 barelə görə 1,65 dollar azalaraq 43,33 dollar təşkil edib.

ICE London qitələrarası birjasında Brent markalı neftin 1 barelinin dəyəri isə 1,48 dollar azalaraq 44,56 dollar olub.

Neftin ucuzlaşmasına noyabrın 8-də ABŞ-da keçirilən prezident seçkilərinin ilkin nəticələrinə əsasən respublikaçı namizəd Donald Trampın liderliyi qoruyub saxlaması barədə məlumat səbəb olub. Belə ki, ABŞ-da prezident seçkilərində səslərin hesablanmasının başlanmasından 3 saat sonra Respublikaçılar Partiyasından namizəd Donald Tramp əslərin 49,9%-ni, onun rəqibi, Demokratlar Partiyasının namizədi Hillari Klinton isə səslərin 46,2%-ni toplayıb. Bəzi mütəxəssislər hesab edir ki, D.Trampın tam qələbəsindən ABŞ iqtisadiyyatına ziyan dəyə və neftə olan tələbat aşağı düşə bilər.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR