Oktyabrda pul bazası 2%-dək azalıb

Oktyabrda pul bazası 2%-dək azalıb
# 07 noyabr 2017 07:37 (UTC +04:00)

2017-ci ilin oktyabr ayının 31-nə Azərbaycanda pul bazası 8 mlrd. 531,6 mln. manat təşkil edib.

"APA-Economics" Azərbaycan Mərkəzi Bankına (AMB) istinadən xəbər verir ki, oktyabr ayı ərzində pul bazası 1,61% və ya 139,6 mln. manat azalıb.

Cari ilin əvvəli ilə müqayisədə isə pul bazası 8,54% və ya 671,1 mln. manat artıb.

Ötən ilin müvafiq dövrü ilə müqayisədə pul bazasında artım 14,54% və ya 1 mlrd. 82,7 mln. manat təşkil edib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR