Rusiya XİN: Aleksandr Lapşin saxlanma şəraitindən şikayət etmir

Rusiya XİN: Aleksandr Lapşin saxlanma şəraitindən şikayət etmir
# 02 mart 2017 14:11 (UTC +04:00)

Rusiya Xarici İşlər Nazirliyi Azərbaycanda həbsdə olan bloger Aleksandr Lapşinlə bağlı məsələyə yenidən münasibət bildirib.

APA-nın Moskva müxbirinin verdiyi məlumata görə, bu gün keçirdiyi brifinqdə Rusiya Xarici İşlər Nazirliyinin sözçüsü Mariya Zaxarova A. Lapşinin Bakıda təcridxanada saxlanıldığını və məhkəmə prosesinə hazırlığın getdiyini söyləyib.


"Rusiyanın Azərbaycandakı səfirliyinin əməkdaşları Lapşini bir müddət öncə ziyarət ediblər. Onun saxlanma şəraitindən heç bir şikayəti yoxdur. Səfirliyimiz daim onun vəkili, qohumları, o cümlədən Azərbaycanın Baş Prokurorluğu, Xarici İşlər Nazirliyi, eləcə də İsrail səfirliyi ilə təmasdadır. Məsələ ilə bağlı yenilik olan kimi məlumat verəcəyik".

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR