BMT: Suriyada 2015-ci ildə daha 1 mln insan müharibəyə görə qaçqın düşəcək

BMT: Suriyada 2015-ci ildə daha 1 mln insan müharibəyə görə qaçqın düşəcək
# 13 sentyabr 2015 00:45 (UTC +04:00)

APA-nın “BBC”yə istinadən verdiyi xəbərə görə, bu barədə BMT-nin Suriyadakı humanitar məsələlər üzrə əlaqələndiricisi Yaqub əl-Hillo bildirib.

O Suriyadakı əhaliyə beynəlxalq yardımın həcminin artırılmasına çağırıb. Yaqub əl-Hillonun sözlərinə görə, münaqişənin həlli istiqamətində tədbirlərin görülməyəcəyi təqdirdə Suriyada qaçqın axını hələ bir neçə ay davam edəcək, Avropada isə qaçqınlarla bağlı vəziyyət II Dünya Müharibəsinin sonundakı vəziyyəti təkrarlayacaq.

Qeyd edək ki, Suriyada 2011-ci ildən davam edən münaqişə ərzində 250 minədək adam ölüb, 4 milyon nəfər ölkəni tərk edib, 7,6 mln sakin məcburi köçkün olub.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR