Gürcüstanda səfərdə olan NATO-nun baş katibi bu ölkənin baş naziri ilə görüşüb

Gürcüstanda səfərdə olan NATO-nun baş katibi bu ölkənin baş naziri ilə görüşüb
# 27 avqust 2015 12:09 (UTC +04:00)

Gürcüstan. Nizami Məmmədzadə-APA. “NATO baş katibinin Gürcüstana səfəri NATO və Gürcüstan arasında olan münasibətlərin və əməkdaşlığın uğurla inkişaf etməsinin təsdiqidir”.

APA-nın Gürcüstan bürosunun məlumatına görə, bu barədə Gürcüstanın baş naziri İrakli Qaribaşvili NATO baş katibi Yens Stoltenberq ilə təkbətək görüşündə deyib.


Hökumət Administrasiyasının mətbuat xidmətinin yaydığı xəbərə görə, görüş zamanı son illərdə Gürcüstanın NATO standartlarına uyğunlaşdırılması baxımından əhəmiyyətli addımlar atdığı qeyd edilib. İrakli Qaribaşvili NATO-nun baş katibinə Gürcüstanın suverenliyi və ərazi bütövlüyünü dəstəklədiyini üçün təşəkkür edib.


NATO baş katibi görüş zamanı Gürcüstanın beynəlxalq təhlükəsizliyin təmin edilməsinə əhəmiyyətli töhfələr verdiyini bildirib.

Təkbətək görüşdən sonra tərəflər geniş formatda görüşü davam etdirib.

Qeyd edək ki, NATO baş katibi Gürcüstanda ikigünlük səfərdədir.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR