On səkkiz yaşı tamam olmayan şəxslərə spirtli içkilərdən, tütün məmulatlarından istifadə qadağan ediləcək

On səkkiz yaşı tamam olmayan şəxslərə spirtli içkilərdən, tütün məmulatlarından istifadə qadağan ediləcək
# 15 noyabr 2016 08:41 (UTC +04:00)

Azərbaycanda 18 yaşı tamam olmayan şəxslərə spirtli içkilərdən, tütün məmulatlarından istifadə qadağan edilir. Bu kateqoriyadan olan şəxslərə bu məmulatların satışına, eləcə də onların şans və mərc oyunlarında iştirakına, saat 20:00-dan sonra gecə klublarına, barlara buraxılmasına da qadağa qoyulur.

APA-nın məlumatına görə, Milli Məclisin Gənclər və idman komitəsinin iclasında bununla bağlı “Gənclər siyasəti haqqında” qanuna əlavələr müzakirəyə çıxarılıb.

Əlavələrə əsasən qanuna 5.6 maddəsi əlavə edilir və maddədə göstərilir ki, 18 yaşı tamam olmayan gənclərə tütün məmulatlarının, spirtli içkilərin satışı və bu məhsullardan istifadə qadağan edilir. Qeyd olunan yaş kateqoriyasına qədər olan gənclərə şans və mərc oyunlarında birbaşa və ya dolayı yolla iştirak da yasaqlanır. Maddənin digər bəndində isə göstərilir ki, himayəsində olduğu şəxslərdən ən azı birinin iştirakı olmadan saat 20:00-dan sonra bar, diskoteka və gecə klublarında iştirak da qadağandır.

Layihənin ictimai müzakirələri davam edib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR