Sığorta şirkətlərindən birində kadr dəyişikliyi olub

Sığorta şirkətlərindən birində kadr dəyişikliyi olub
# 05 dekabr 2016 09:18 (UTC +04:00)

"Azərbaycan Sənaye Sığorta" ASC-də kadr dəyişikliyi olub.

"APA-Economics" xəbər verir ki, şirkətin İdarə Heyətinin üzvü Cavid Mürvətov işdən çıxıb. Onu Samir Məmmədov əvəzləyib. S. Məmmədov həmçinin Anderraytinq və təkrarsığorta departamentinin direktorudur.

Sığortaçının aktuarisi də dəyişib – Təranə Musayevanı Sənan Xalıqlı əvəz edib.

Tibbi sığorta departamentinin direktoru Sadiq Mədətov da işdən çıxarılıb. Onun yerinə Dilarə Məmmədova təyin olunub.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR