® “Yeni ilə əl-ələ” sosial aksiyası

<font color=red>® </font> “Yeni ilə əl-ələ” sosial aksiyası
# 23 dekabr 2016 10:33 (UTC +04:00)

Fəaliyyətə başlamasının 1 illiyini qeyd edən ASAN Radio “Caspian Development Bank”la birlikdə “Yeni ilə əl-ələ” adlı sosial aksiya keçirəcək.

Məqsəd “31 Dekabr - Həmrəylik günü və Yeni il” bayramı münasibəti ilə sağlamlıq imkanları məhdud, xüsusi qayğıya ehtiyacı olanlara diqqət ayırmaq, onların cəmiyyətə inteqrasiyasına dəstək göstərməkdir.

Dövlətimiz tərəfindən himayəyə götürülən, xüsusi təyinatlı müəssisələrdən dəvət olunan tədbir iştirakçılarına təşkilatçılar tərəfindən hədiyyələr veriləcək.

ASAN könüllülərinin də yaxından dəstək göstərdiyi sosial aksiyada rəsmi qurumların və incəsənət nümayəndələrinin iştirakı planlaşdırılır.

“Yeni ilə əl-ələ” sosial aksiyası dekabrın 27-si, saat 15:00-da Beynəlxalq Muğam Mərkəzində keçiriləcək.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR