Mingəçevirdə 8 yaşlı oğlan evin 2-ci mərtəbəsindən yıxılaraq ağır xəsarət alıb

Mingəçevirdə 8 yaşlı oğlan evin 2-ci mərtəbəsindən yıxılaraq ağır xəsarət alıb
# 22 avqust 2017 22:03 (UTC +04:00)

Mingəçevirdə azyaşlı uşaq evin eyvanından yıxılıb. APA-nın yerli bürosunun xəbərinə görə, hadisə ötən gün axşam saatlarında Mingəçevir şəhərinin Energetiklər qəsəbəsində qeydə alınıb.

Qəsəbə sakini 2009-cu il təvəllüdlü Şabanov Əli İntiqam oğlu fərdi yaşayış evinin ikinci mərtəbəsinin eyvanından yıxılaraq ağır bədən xəsarətləri alıb. Kəllə-beyin travması alan azyaşlını dərhal Mingəçevir şəhər Mərkəzi Xəstəxanasına yerləşdiriblər.

Xəstəxanadan verilən məlumata görə, uşağa tibbi yardım göstərilib, hal-hazırda vəziyyəti ağırdır.

Faktla bağlı araşdırma aparılır.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR