Neftçalada pambıq sahəsində yanğın olub

Neftçalada pambıq sahəsində yanğın olub
# 20 sentyabr 2017 16:28 (UTC +04:00)

Neftçalada yanğın hadisəsi baş verib.

APA-nın FHN-in saytına istinadən verdiyi məlumata görə, Neftçala rayonu, Xol Qarabucaq kəndində pambıq sahəsində 2.5 ton pambığın 1 tonu yanıb.

Pambığın qalan hissəsi yanğından mühafizə olunub. Yanğın saat 15:08-də yanğınsöndürənlər tərəfindən söndürülüb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR