Bu ilin iki ayında Azərbaycanda sığorta daxilolmaları 130,2 mln. manat olub

Bu ilin iki ayında Azərbaycanda sığorta daxilolmaları 130,2 mln. manat olub
# 19 mart 2018 14:09 (UTC +04:00)

2018-ci ilin yanvar-fevral ayları ərzində ölkədə fəaliyyət göstərən 21 sığorta şirkəti tərəfindən 130,2 mln. manat məbləğində sığorta haqları toplanıb, 40,5 mln. manat məbləğində sığorta ödənişi aparılıb.

Maliyyə Bazarlarına Nəzarət Palatasından "APA-Economics"ə verilən məlumata görə, könüllü sığorta bazarı üzrə haqlar 106,8 mln. manat, ödənişlər isə 29,6 mln. manat təşkil etmişdir. İcbari sığorta bazarı üzrə haqlar 23,4 mln. manat, ödənişlər isə 10,9 mln. manat olub.

2018-ci ilin yanvar-fervral ayları ərzində sektor üzrə məcmu sığorta haqlarının 82%-i könüllü, 18%-i isə icbari sığorta növlərinin payına düşüb. Sığorta ödənişlərinin 73%-i könüllü, 27%-i isə icbari sığorta növləri hesabına formalaşıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR