Siyəzəndə baş verən qəzada ana ölüb, iki övladı ağır yaralanıb - VİDEO

Siyəzəndə baş verən qəzada ana ölüb, iki övladı ağır yaralanıb - <span style="color: red;">VİDEO
# 05 avqust 2015 12:38 (UTC +04:00)

APA-nın şimal bürosunun verdiyi məlumata görə, hadisə Siyəzən-Qalaaltı yolunun 8-ci kilometrliyində, Siyəzən rayonun Sədan kəndi ərazisində qeydə alınıb.

Siyəzən rayon sakini, 1971-ci il təvəllüdlü Manafov Cəmşid Qərib oğlunun idarə etdiyi VAZ 2107 sərt döngədə idarəetməni itirərək aşıb. Qəza nəticəsində sərnişin, Siyəzən rayon sakini, 1974-cü il təvəllüdlü Əliyeva Gülnarə Əlirza qızı hadisə yerində dünyasını dəyişib.

Avtomobilin sürücüsü C. Manafov, həlak olan qadının övladları - 1994-cü il təvəllüdlü Əliyeva Gülər Mərdan qızı və 1996-cı il təvəllüdlü Əliyev Orxan Mərdan oğlu xəsarət alaraq Siyəzən Regional Müalicə Diaqnostika Mərkəzinə yerləşdiriliblər. Tibb müəssisəsindən verilən məlumata görə, yaralıların vəziyyəti ağırdır.

Faktla bağlı Siyəzən rayon Polis Şöbəsində araşdırma aparılır.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR