Azərbaycan prezidenti Malta dövlət başçısına məktub göndərib

Azərbaycan prezidenti Malta dövlət başçısına məktub göndərib
# 20 sentyabr 2017 16:21 (UTC +04:00)

Azərbaycan prezidenti İlham Əliyev Malta Respublikasının prezidenti xanım Mari-Luiz Koleyro Prekanı ölkəsinin milli bayramı münasibəti ilə təbrik edib.

APA-nın məlumatına görə, dövlət başçısının məktubunda deyilir:

“Hörmətli xanım Prezident, Malta Respublikasının milli bayramı – Müstəqillik Günü münasibətilə Sizi və xalqınızı şəxsən öz adımdan və Azərbaycan xalqı adından səmimi qəlbdən təbrik edirəm. İnanıram ki, Azərbaycan-Malta münasibətləri bundan sonra da dostluq və əməkdaşlıq ruhunda inkişaf edəcək. Bu əlamətdar gündə Sizə möhkəm cansağlığı, işlərinizdə uğurlar, dost Malta xalqına daim əmin-amanlıq və firavanlıq arzulayıram”.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR