Mingəçevir sakininin itirdiyi tüfəng tapılıb - YENİLƏNİB

Mingəçevir sakininin itirdiyi tüfəng tapılıb - YENİLƏNİB
# 13 mart 2019 12:01 (UTC +04:00)

Mingəçevir sakininin itirdiyi tüfəng tapılıb.

ONA-nın Mingəçevir bürosunun məlumatına görə, şəhər sakini Təhməz Balacayevə məxsus 16 kalibrli, “İJ-27” markalı ov tüfəngi tapılaraq sahibinə təhvil verilib.

Saat 10:19

***

Mingəçevir sakini ehtiyatsızlıq ucbatından qoşalülə ov tüfəngini itirib.

ONA-nın Mingəçevir bürosunun xəbərinə görə, hadisə İsmət Qayıbov küçəsi ilə Dilarə Əliyeva küçələrinin kəsişməsində baş verib.

Ehtiyatsızlıq və unutqanlıq nəticəsində 1959-cu il təvəllüdlü şəhər sakini Təhməz Balaca oğlu Balacayev İJ-27 ( alt-üst qoşalülə) markalı ov tüfəngini və 24 patronluq (patrondaş) qatarını itirib.

Təhməz Balacayev ONA-nın yerli bürosuna silah və sursatın özünə məxsus “VAZ-2107” markalı avtomobilin üstündən yoxa çıxdığını bildirib: "Tüfəngi patron qatarı ilə birgə qabında avtomobilin üzərinə qoymuşdum. Bir anlıq qaraja daxil olub yenidən sükan arxasına əyləşdim və yola düşdüm. Silahın maşının üstündə qaldığını xatırlayanda artıq gec idi. Dərhal polis şöbəsinə müraciət etdim”.

Tüfəngin sahibi silahı tapan şəxsi mükafatlandırmaq niyyətindədir. Faktla bağlı araşdırma aparılır.

Ehtiram Muradov

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR