Elçin Babayev: "Günəşdə yaranmış tac dəliyi Yerin maqnit sahəsinin həyəcanlaşmasına gətirib çıxaracaq"

Elçin Babayev: "Günəşdə yaranmış tac dəliyi Yerin maqnit sahəsinin həyəcanlaşmasına gətirib çıxaracaq"
# 10 oktyabr 2017 13:06 (UTC +04:00)

"Günəşin səthində daim tac dəlikləri formalaşır".

Bunu APA-ya Azərbaycan Milli Elmlər Akademiyasının N. Tusi adına Şamaxı Astrofizika Rəsədxanasının elmi işlər üzrə direktor müavini Elçin Babayev deyib.

E. Babayev bildirib ki, Günəşin diskində tünd hissələr kimi müşahidə olunan tac dəliklərində maqnit qüvvə xətləri, demək olar ki, açıq olur və bu səbəbdən, yüklü qaynar plazma hissəcikləri bu hissələrdən Günəşi asanlıqla tərk edərək planetlərarası fəzaya yüksək sürətli Günəş plazma küləyi şəklində yönəlir: “O cümlədən də, Yerə doğru. Bu gün Günəşin səthində ləkələr müşahidə olunmur, lakin burada formalaşmış tac dəliyinin də çox maraqlı forması var, Günəşin görünən diskinin yuxarı hissəsi boyunca yönəlib. Təsirini isə 11 və ya 12 oktyabrdan başlayaraq gözləyirik. Bu təsir, adətən Yerin maqnit sahəsinin həyəcanlaşmasına gətirib çıxarır. Fiziki şəraitdən asılı olaraq (Günəş küləyinin sürəti, planetlərarası maqnit sahəsinin istiqaməti və s.), geomaqnit qasırğası da yarana bilər. Bu dəfə G1 sinifli geomaqnit qasırğası gözlənilir”.

E.Babayev qeyd edib ki, hazırda atmosfer təyziqi 760 mm.c.t-dur. Onun sözlərinə görə, geomaqnit indeksi Kp isə 0-1arasında dəyişir (maksimum 9 olur), lakin gün ərzində getdikcə artacaq.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR