"Gilan Holding" XI Azərbaycan Beynəlxalq Karyera Sərgisində iştirak edəcək

"Gilan Holding" XI Azərbaycan Beynəlxalq Karyera Sərgisində iştirak edəcək
# 04 oktyabr 2017 09:42 (UTC +04:00)

"Gilan Holding" XI Azərbaycan Beynəlxalq Karyera Sərgisində iştirak edəcək.


6-8 oktyabr tarixlərində keçiriləcək sərgidə "Gilan Holding" öz stendi ilə təmsil olunacaq.

Qeyd edək ki, keçən il "Gilan Holding" sərgidə uğurla iştirak edib və çoxlu sayda istedadlı namizədləri öz təcrübə proqramına cəlb etməyə nail olub. Nəticədə onlar zəngin təcrübə əldə edib və peşəkar biznes mühitində yeni əlaqələr qurublar. Onlardan bəziləri isə karyera pillələrini uğurla addımlamağa davam edərək, şirkətin dəyərli əməkdaşları sıralarına daxil olmağı bacarıblar.

Bu ilki sərgiyə qatılacaq iddialı və istedadlı gəncləri də "Gilan Holding" öz sıralarına cəlb etməyə planlaşdırır.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR