Terrorçuluğa açıq çağırışla bağlı 21 cinayət işi başlanıb, 3 nəfər həbs edilib

Terrorçuluğa açıq çağırışla bağlı 21 cinayət işi başlanıb, 3 nəfər həbs edilib
# 13 iyul 2018 11:34 (UTC +04:00)

Gəncə şəhər İcra Hakimiyyətinin başçısı Elmar Vəliyevin həyatına sui-qəsddən sonra terrorçuluğa açıq çağırış etmiş şəxslər barədə 21 cinayət işi başlanıb və 3 nəfər həbs edilib.

Bu barədə APA-ya hüquq-mühafizə orqanlarından məlumat verilib. Digər şəxslərin müəyyən edilməsi üçün əməliyyat-axtarış tədbirləri davam etdirilir.


Terrorçuluğa açıq çağırışlar etmiş və Azərbaycan Respublikasının hüdudlarından kənarda yaşayan şəxslər beynəlxalq axtarışa verilib. Qanunsuz hərəkətlərə çağırış etmiş 25 şəxs barəsində inzibati həbs tədbiri seçilib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR