Şəmkirdə ev yanıb, ana və azyaşlı qızı xəsarət alıb

Şəmkirdə ev yanıb, ana və azyaşlı qızı xəsarət alıb
# 03 may 2018 11:06 (UTC +04:00)

Şəmkirdə evdə yanğın baş verib.

APA-nın yerli bürosunun xəbərinə görə, rayonun Yeni Abad kəndi ərazisində ümumi sahəsi 42 kvadratmetr olan yaşayış evi yanıb.

Əraziyə cəlb olunan Şəmkir Yanğından Mühafizə Hissəsinin iki avtomobili və canlı qüvvəsi alovun digər evlərə keçməsinin qarşısını alıblar.

Ev sahibinin həyat yoldaşı, 1995-ci il təvəllüdlü Məmmədova Təhminə Asif qızı və onun 2015-ci il təvəllüdlü qızı Məmmədova Aylin Asim qızı yanıq xəsarətləri alaraq xəstəxanaya yerləşdiriliblər.

Faktla bağlı araşdırma aparılır.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR