Yaltada azərbaycanlını qətlə yetirmiş şəxslərin kimliyi müəyyən olunub

Yaltada azərbaycanlını qətlə yetirmiş şəxslərin kimliyi müəyyən olunub
# 04 avqust 2015 11:20 (UTC +04:00)

Bunu APA-ya açıqlamasında Krımın Azərbaycan icmasının rəhbəri Rəhim Hümbətov deyib.

O bildirib ki, şübhəli şəxslərdən biri Simferopolda, digəri isə Krasnodarda gizlənir.

Qeyd edək ki, yerli mətbuatın yazdığına görə, iyulun 14-də Yaltada bazarda baş vermiş münaqişə nəticəsində Ermənistan vətəndaşı Azərbaycan vətəndaşını qətlə yetirib. Bu cinayət böyük etiraza səbəb olub. Məlum olub ki, azərbaycanlı ermənini çiyələk oğurladığına görə utandırıb.

Yaltanın özündə bu hadisə bir çoxlarını şoka salıb. Özündə milli-mədəni təşkilatları birləşdirən “Xalqlar dostluğu” Yalta Assosiasiyası bu günlərdə iclas keçirib və qərara alınıb ki, “Puşkinski” bazarında baş vermiş insident diqqətdə saxlanılsın.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR