Tbilisi məhkəməsi terrorçuluqda ittiham olunan rusiyalı barədə qərar çıxarıb

Tbilisi məhkəməsi terrorçuluqda ittiham olunan rusiyalı barədə qərar çıxarıb
# 24 noyabr 2017 13:01 (UTC +04:00)

Tbilisi Şəhər Məhkəməsi terrorçuluqda şübhəli bilinən Rusiya vətəndaşına ilkin həbs cəzasının verilməsi barədə qərar qəbul edib.

APA-nın Gürcüstan bürosunun məlumatına görə, istintaqla müəyyən olunub ki, həmin şəxs terror təşkilatı ilə əməkdaşlıq edib. Təqsirləndirilən şəxs terrorçuluq məqsədilə odlu silah, hərbi sursat və partlayıcı maddələrin saxlanılması və daşınmasında ittiham olunur. Onu 10 ildən 17 ilədək həbs cəzası gözləyir.


Xatırladaq ki, noyabrın 22-də Tbilisidə həyata keçirilmiş antiterror əməliyyatı zamanı terrorçuluqda şübhəli bilinən 3 nəfər zərərsizləşdirilib, bir nəfər isə saxlanılıb. Əməliyyat zamanı bir xüsusi təyinatlı ölüb, ikisi yaralanıb. Gürcüstan DİN-nin 2 əməkdaşı da xəsarət alıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR