ABŞ Senatı Monteneqronun NATO-ya üzvlüyə dair sorğusunu dəstəkləyib

ABŞ Senatı Monteneqronun NATO-ya üzvlüyə dair sorğusunu dəstəkləyib
# 12 yanvar 2017 21:53 (UTC +04:00)

ABŞ Senatının beynəlxalq münasibətlər komitəsi Monteneqronun NATO-ya üzvlüyünün dəstəklənməsi barədə qətnaməni dəstəkləyib.

APA-nın xəbərinə görə, növbəti mərhələdə məsələ Senatda müzakirəyə çıxarılaraq səsverməyə qoyulacaq.

Bundan əvvəl İtaliya və Norveç Monteneqronun NATO-ya üzv olmasını dəstəkləyib.

Hazırda NATO-nun 28 üzvü var. Sonuncu dəfə 2009-cu ilə Albaniya və Xorvatiya Alyansa üzv seçilib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR