Cəlilabadda yanğın olub, 3 nəfər xilas edilib

Cəlilabadda yanğın olub, 3 nəfər xilas edilib
# 22 avqust 2017 10:35 (UTC +04:00)

Bu gün Cəlilabad şəhərində beşmərtəbəli yaşayış binasının 2-ci mərtəbəsində ümumi sahəsi 47 m2 olan 3 otaqlı mənzilin 1 otağının yanar konstruksiyaları yanıb.

APA-nın Fövqəladə Hallar Nazirliyinin saytına istinadən verdiyi xəbərə görə, yanğın zamanı 3 nəfər bina sakini yanğınsöndürənlər tərəfindən təhlükəsiz əraziyə təxliyə olunub. Mənzilin qalan hissəsi yanğından mühafizə edilib. Yanğın saat 10:41-də yanğınsöndürənlər tərəfindən söndürülüb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR