Peru yığması DÇ-2018-də iştirakdan məhrum edilə bilər

Peru yığması DÇ-2018-də iştirakdan məhrum edilə bilər
# 23 noyabr 2017 00:05 (UTC +04:00)

Futbol üzrə Peru yığması 2018-ci il Dünya Çempionatında iştirakdan məhrum edilə bilər.

APA-nın “Gazeta.ru”-ya istinadən verdiyi xəbərə görə, yerli siyasətçi Paloma Noseda ölkənin futbol federasiyasının dövlətin tam nəzarəti altına keçməsini nəzərdə tutan qanun qəbul etməyi təklif edib. Bu isə FİFA-nın qaydalarına ziddir.

Qanun qəbul edildiyi təqdirdə, Peru Futbol Federasiyası FİFA-nın üzvlüyündən kənarlaşdırıla bilər. Bu halda Peru millisi mundialda iştirak etmək hüququndan məhrum ediləcək.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR