Rusiya ABŞ-ın yeni sanksiyalarını təxribat adlandırıb

Rusiya  ABŞ-ın yeni sanksiyalarını təxribat adlandırıb
# 31 iyul 2015 18:04 (UTC +04:00)

APA-nın “Gazeta.ru”-ya istinadən verdiyi məlumata görə, XİN-dən bildiriblər ki, rəsmi Vaşinqtonun hərəkətləri sübut edir ki, ABŞ rəhbərliyi qarşıdurma yolunu seçib.

“Belə təxribat yönümlü hərəkətlər Rusiya-ABŞ münasibətlərinə ciddi xələl gətirir və dünyada digər problemlərin həllində qarşılıqlı əlaqələri əngəlləyir. Rusiya bu kimi hərəkətləri cavabsız qoymayacaq”, - XİN-in şərhində deyilir.

Qeyd edək ki, ABŞ-ın Maliyyə nazirliyi Rusiyanın 11 fiziki və 15 hüquqi şəxsinə qarşı sanksiya tətbiq edib. ABŞ hökuməti “qara siyahı”-ya düşənləri Krıma qarşı tətbiq edilən sanksiyalara məhəl qoymamaqda günahlandırır.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR