"JPMorgan" əlverişli müqavilələr üçün çinli məmurların qohumlarını işə götürüb

"JPMorgan" əlverişli müqavilələr üçün çinli məmurların qohumlarını işə götürüb
# 28 noyabr 2016 13:23 (UTC +04:00)

ABŞ-ın "JPMorgan" bankı ötən həftə bu ölkənin Ədliyyə Nazirliyi və Qiymətli Kağızlar və Birjalar üzrə Komissiyası ilə $264 mln. məbləğində cərimənin ödənilməsinə dair razılığa gəlib.

"APA-Economics" "Bloomberg" agentliyinə istinadən xəbər verir ki, buna səbəb bankın Çindən olan məmurlara rüşvət verməsidir. Bildirilir ki, bank çinli məmurların övladlarını işə götürüb, bunun müqabilində isə əlverişli müqavilələrin imzalanmasına nail olub.

ABŞ-ın adları çəkilən qurumları bununla bağlı 3 il ərzində araşdırma aparıb.

"Bloomberg" yazır ki, analoji araşdırma daha 5 banka qarşı aparılır.

Ümumilikdə "JPMorgan" çinli məmurların 200-dən çox qohumunu işə götürüb. Bunun hesabına bank əlavə olaraq $100 mln. gəlir əldə edib.

O da bildirilir ki, iş götürülən məmur qohumlarının çoxu qeyri-peşəkar olub. Onlarla müqavilələr yanvarın ortasından dekabrın ortasınadək bağlanılıb. Bunun hesabına həmin şəxslərin adları ştat siyahısında olmayıb.

Təyinatlar 2006-cı ildən 2012-ci ilədək baş verib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR