Bakıda yanğınla nəticələnən yol qəzası baş verib - YENİLƏNİB

Bakıda yanğınla nəticələnən yol qəzası baş verib - <span style="color: red;">YENİLƏNİB
# 07 noyabr 2016 21:07 (UTC +04:00)

Bakının Yasamal rayonu ərazisində yol qəzası baş verib.

APA-nın məlumatına görə, avtomobillərdən biri zərbədən sonra alışıb.

Hadisə Yasamal Rayon Polis İdarəsinin qarşısında qeydə alınıb. Abdulvahab Salamzadə küçəsi ilə hərəkət edən BMW markalı avtomobilin sürücüsü idarəetməni itirib. Nəticədə avtomobil “Mazda” markalı maşına çırpılıb. Zərbədən sonra BMW alışıb.

Hadisə yerinə yanğınsöndürmə briqadaları cəlb edilib. Fövqəladə Hallar Nazirliyindən APA-ya verilən məlumata görə, BMW markalı minik avtomobilinin yanar hissələri yanıb. Digər avtomobil isə yanğından mühafizə olunub.

Yasamal Rayon Polis İdarəsindən bildirilib ki, qəza nəticəsində bir nəfər xəsarət alıb. Yaralı Namiq Zülfüqarov 1 saylı Şəhər Kliniki Xəstəxanasına yerləşdirilib.

Faktla bağlı araşdırma aparılır. İlkin ehtimala görə, hadisəyə yüksək sürət səbəb olub.

***

22:17

Bakıda yol qızası baş verib.

APA-nın Fövqəladə Hallar Nazrliyinin saytına istinadən verdiyi məlumata görə, Bakının Yasamal rayonunda "BMW" və "Mazda" markalı iki minik avtomobilinin toqquşması nəticəsində yanğın baş verib.

Nəticədə "BMW" markalı minik avtomobilinin yanar hissələri yanıb. Digər avtomobil yanğından mühafizə olunub. Yanğın saat yanğınsöndürənlər tərəfindən söndürülüb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR