Xanlar Vəliyev: “Xocalı faciəsinin baş verməsində Azərbaycana rəhbərlik edən adamların da günahı var idi”

Xanlar Vəliyev: “Xocalı faciəsinin baş verməsində Azərbaycana rəhbərlik edən adamların da günahı var idi”
# 16 fevral 2017 08:59 (UTC +04:00)

“Bu qara ləkədən müəyyən qədər pay həmin dövrdə Azərbaycana rəhbərlik edən adamların üzərinə düşür. Xocalı faciəsi nəticəsində 613 nəfər azərbaycanlı qətlə yetirilib. Amma o zamankı daxili işlər naziri və Azərbaycanın prezidenti Ayaz Mütəllimov məişət mübahisəsi zəminində cəmi iki nəfərin qətlə yetirildiyini demişdilər”.


APA-nın məlumatına görə, bunu Azərbaycanın hərbi prokuroru Xanlar Vəliyev “Soyqırım muzeyi” kitab-albomunun təqdimatında deyib.

X. Vəliyev bildirib ki, Xocalı faciəvi hadisələrin pik həddi oldu: “Xocalı faciəsinin baş verməsində həmin dövrdə Azərbaycana rəhbərlik edən adamların da günahı var idi. Bu faciədən sonra dünyanın müxtəlif mətbuat orqanlarından nümayəndələrin Azərbaycana gəlməsinə baxmayaraq, yenə də Azərbaycan bu faciəni dünyaya sübut etmək üçün böyük əziyyət çəkdi”.

Dağlıq Qarabağ

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR