Daşkəsəndə iki avtomobil toqquşub, xəsarət alanlar var

Daşkəsəndə iki avtomobil toqquşub, xəsarət alanlar var
# 25 sentyabr 2017 17:37 (UTC +04:00)

Daşkəsəndə ağır yol-nəqliyyat hadisəsi olub.

APA-nın qərb bürosunun verdiyi məlumata görə, hadisə Gəncə-Daşkəsən avtomobil yolunda baş verib.

VAZ-2107 və “Mercedes” markalı avtomobillərin toqquşması nəticəsində VAZ-ın sərnişinləri – Daşkəsən rayon sakinləri 1981-ci il təvəllüdlü Rahib Mehrəliyev və 1977-ci il təvəllüdlü Elsevər Səttarov müxtəlif bədən xəsarətləri alıblar. Onlar Gəncədəki xəstəxanalara yerləşdirilib, vəziyyətlərinin kafi olduğu bildirilir.

Faktla bağlı hüquq-mühafizə orqanları tərəfindən araşdırma aparılır.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR