“Baktelecom” GPON texnologiyası üzərindən göstərilən internet xidməti tariflərini endirib

“Baktelecom” GPON texnologiyası üzərindən göstərilən internet xidməti tariflərini endirib
# 01 fevral 2018 09:05 (UTC +04:00)

“Bakı Telefon Rabitəsi” MMC (“Baktelecom”) genişzolaqlı internet istifadəçiləri üçün qiymətləri endirib.

Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin İctimaiyyətlə əlaqələr sektorundan “APA-Economics” verilən məlumata görə, yeni sərfəli tariflər GPON (Gigabit Passive Optical Network - Gigabit tutumlu Passiv Optik Şəbəkə) texnologiyası vasitəsilə xidmət alan bütün internet abunəçiləri üçün tətbiq edilib.

“Eyni zamanda 10 və 20 Mbit/s sürət istifadəçiləri üçün nəzərdə tutulan məbləğə telefon xidməti də daxil edilib. Yəni, abunəçi tətbiq olan tarif əsasında bir məbləğ ödəməklə 2 xidmətdən - internet və sabit telefon şəbəkəsindən faydalana bilər”, - deyə məlumatda qeyd olunub.

Qeyd edək ki, GPON internet xidməti fiber optik xətləri üzərindən təmin edilir. Bu texnologiya 100 Mbit/s-ə qədər qoşulma sürəti, kəsintisiz rabitə və telefon xətlərindən asılılığın olmaması kimi üstünlüklərə malikdir. Hazırda Bakı şəhəri üzrə 30 min mənzilə xidmət göstərilməsi üçün infrastruktur yaradılıb. Yaxın 1 il ərzində bu göstəricinin artırılması planlaşdırılır.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR