Siyəzəndə 18 yaşlı gənc ağır xəsarət alıb

Siyəzəndə 18 yaşlı gənc ağır xəsarət alıb
# 02 avqust 2015 19:40 (UTC +04:00)

Siyəzən. Vəli Turan – APA. Siyəzən rayonunda bədbəxt hadisə baş verib.

APA-nın şimal bürosunun verdiyi məlumata görə, Siyəzən rayonu, Dağlı Calğan kənd sakini 1997-ci il təvəllüdlü Əhmədov Cavad Rizvan oğlu velosipedlə qayalıqdan yıxılıb. O, müxtəlif dərəcəli ağır bədən xəsarətləri alıb. Siyəzən Regional Diaqnostika Mərkəzinə yerləşdirilən gənc ilkin tibbi yardımdan sonra Bakıda yerləşən tibbi müəssisələrindən birinə aparılıb.

Faktla bağlı araşdırma aparılır.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR