Cəlilabadda Azərbaycan Sərhəd Mühafizəsinin yaradılmasının 96-cı ildönümünə həsr olunmuş tədbir keçirilib - FOTO

Cəlilabadda Azərbaycan Sərhəd Mühafizəsinin yaradılmasının 96-cı ildönümünə həsr olunmuş tədbir keçirilib - <span style="color: red;">FOTO
# 15 avqust 2015 14:30 (UTC +04:00)

Cəlilabad. Ağəddin Babayev – APA. Bu gün Cəlilabad şəhər Heydər Əliyev Mərkəzində Azərbaycan Sərhəd Mühafizəsinin 96-cı ildönümünə həsr olunmuş "Sərhədi xalq qoruyur" mövzusunda tədbir keçirilib. APA-nın cənub bürosunun məlumatına görə, Dövlət Sərhəd Xidmətinin (DSX) Göytəpə Sərhəd Dəstəsinin təşkilatçılığı ilə keçirilən tədbirdə rayonun sərhədyanı yaşayış məntəqələrinin sakinləri, yerli icra strukkturları, bələdiyyələr və ictimaiyyət nümayəndələri, habelə veteran sərhədçilər iştirak ediblər.

Sərhəd mühafizəsinin şanlı tarixindən söz açan Göytəpə Sərhəd Dəstəsinin rəisi, polkovnik-leytenant İlham Babayev ölkəmizin ordu quruculuğu sahəsində əldə etdiyi nailiyyətlərdən, sərhəd mühafizəsində yerli əhalinin əvəzsiz rolundan bəhs edərək, yüksək döyüş hazırlığına malik Azərbaycan sərhədçilərinin dövlət sərhədlərini əminliklə, göz bəbəyi kimi qoruduqlarını bildirib.

Tədbirdə həmçinin sərhədlərin mühafizəsində sərhədyanı yaşayış məntəqələrinin sakinləri ilə keçirilən görüşlərin mühüm əhəmiyyətindən də söz açılıb. Qeyd olunub ki, yerli əhali ilə qarşılıqlı əlaqələr sərhədlərin mühafizəsində müsbət səmərə verir.

Cəlilabad Rayon İcra Hakimiyyəti başçısının müavini Dürdanə Əliyeva çıxış edərək, sərhədçilərə müqəddəs işlərində uğurlar arzulayıb.

Daha sonra sərhədlərin mühafizəsində sərhədçilərə yaxından köməklik göstərən bir qrup yerli sakinə və sərhədçi veteranlara hədiyyələr təqdim olunub.

Tədbir Azərbaycan Sərhəd Mühafizəsinə həsr olunan sənədli filmin nümayişi ilə başa çatıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR