MN: Azərbaycan Silahlı Qüvvələri təmas xəttində heç bir fəaliyyət həyata keçirməyib, itki verməyib

MN: Azərbaycan Silahlı Qüvvələri təmas xəttində heç bir fəaliyyət həyata keçirməyib, itki verməyib
# 01 sentyabr 2015 08:26 (UTC +04:00)

Bakı. Ağa Cəfərli-APA. “Ermənistan elektron kütləvi informasiya vasitələri Azərbaycan Silahlı Qüvvələrinin guya diversiya keçirərək cəbhədə itki verməsi barədə növbəti dəfə yalan və dezinformasiya xarakterli məlumat yayıblar”.

Bunu APA-nın sorğusuna cavab olaraq Müdafiə Nazirliyinin mətbuat xidmətindən bildiriblər.

Bildirilib ki, Ermənistan tərəfi ənənəsinə sadiq qalaraq öz hərbi bölmələrində nizam-intizamsızlıq səbəbindən hərbçiləri arasında baş verən atışmanı xalqdan gizlədərək həqiqəti çatdırmaqdan çəkinir və buna bənzər xəbərlər yaymaqla narazı ictimaiyyəti sakitləşdirməyə cəhd göstərir: “Bildiririk ki, Azərbaycan Silahlı Qüvvələri qoşunların təmas xəttində heç bir fəaliyyət həyata keçirməyib, itki verməyib və əməliyyat şəraitinə tam nəzarət edir”.

Ordu

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR