Suriyalı gənc: "Səsimizin eşidilməsi üçün Bakıda keçirilən forumdan gözləntilərimiz böyükdür"

Suriyalı gənc: "Səsimizin eşidilməsi üçün Bakıda keçirilən forumdan gözləntilərimiz böyükdür"
# 28 oktyabr 2014 13:22 (UTC +04:00)

Bakı. Rüfət Əhmədzadə – APA. "Dünya birliyindən 3 il əvvəlki vəziyyətimizə, sülh, təhlükəsizlik və inkişafa olan ümidlərimizi qaytarmağı gözləyirik".

APA-nın məlumatına görə, bunu Bakıda Gənclər Siyasəti üzrə I Qlobal Forumda iştirak edən suriyalı tələbə, Danimarka Qaçqınlar Komitəsinin nümayəndəsi Bəşər Hobbi deyib.


Onun sözlərinə görə, artıq humanitar problemə çevrilən Suriya böhranı insanların, xüsusən də gənclərin həyatına çox pis təsir edir.

”Mən suriyalı gənclərin səsinin eşidilməsi üçün buradayam. Biz çox əzablar çəkmişik. Forumdan da gözləntilərimiz böyükdür. Biz dünyadan başqa millətlərin istədiyini istəyirik. Bütün insanlar kimi biz də humanitar problemlərdən uzaq olmaq istəyirik. Dünyada başqa millətlərə, dövlətlərə necə rəftar edilirsə, elə rəftar gözləyirik”, – deyə B.Hobbi vurğulayıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR