“Unibank” xaricdən 15 mln. dollar həcmində kredit cəlb edib

“Unibank” xaricdən 15 mln. dollar həcmində kredit cəlb edib
# 20 avqust 2014 12:44 (UTC +04:00)

Bakı. Musa Əhmədov - APA-Economics. ING Group “Fireland Capital”ın vasitəçiliyi ilə “Unibank”a 15 mln. ABŞ dolları həcmində kredit ayırıb.

Bankdan “APA-Economics”ə verilən məlumata görə, vəsait Azərbaycanda biznesin inkişafı layihələrinin maliyyələşdirilməsinə yönələcək.

Öz maliyyə göstəricilərinə görə, bankın fəaliyyəti beynəlxalq maliyyə qurumları və reytinq agentlikləri tərəfindən yüksək qiymətləndirilir.

Bir müddət əvvəl “Fitch Ratings” beynəlxalq reytinq agentliyi bankın uzunmüddətli reytinqini B “stabil səviyyəsindən B “pozitiv”ə yüksəldib. “Fitch” mütəxəssislərinin fikrincə, reytinqin yüksəldilməsi bankın stabil kredit göstəricisi ilə bağlıdır. Adekvat kapitallaşma saxlamaq imkanında olması ilə yanaşı, bankın kreditləşmədə iştirakı hazırda geniş iqtisadiyyatı əhatə edir.

“Moody’s Investors Service” Beynəlxalq agentliyi də “Unibank”ın reytinq qiymətləndirməsi üzrə proqnozlarını “pozitiv”ə qədər yüksəldərək, bir daha bankın uzunmüddətli öhdəliklər reytinqini “B2” səviyyəsində təsdiqləyib. Bankın maliyyə dayanıqlılığı reytinqini isə agentlik “E+” səviyyəsində dəyərləndirib.

Beynəlxalq agentliyin reytinq proqnozunu yüksəltməsinə səbəb, bankın yaxşı kapitallaşması və təkmilləşdirilmiş gəlirliyidir. Agentlik ekspertlərinin rəyinə görə, “Unibank” son illərdə sağlam aktivlərin keyfiyyətini daha da artırıb və möhkəm gəlirliliyə nail olub.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR