Norveç rəsmən Avropa Birliyinin Rusiyaya qarşı sanksiyalarına qoşulub

Norveç rəsmən Avropa Birliyinin Rusiyaya qarşı sanksiyalarına qoşulub
# 15 avqust 2014 14:08 (UTC +04:00)

Bakı. Rüfət Əhmədzadə – APA. Avropa Birliyinin (AB) Rusiyaya qarşı tətbiq etdiyi sektoral sanksiyalar bu gündən etibarən Norveç şirkətləri və maliyyə institutları üçün də qüvvəyə minib. APA-nın İTAR-TASS-a istinadən verdiyi məlumata görə, bu barədə Norveç Krallığının Xarici İşlər Nazirliyi açıqlama yayıb.

Qeyd olunub ki, qərar bu gün Norveç Dövlət Şurasının iclasında qəbul olunub. Kral V Haraldın və Nazirlər Kabinetinin üzvlərinin də daxil olduğu Dövlət Şurası rəsmi olaraq hökumətin 11 avqust qərarını təsdiqləyib və beləliklə, Rusiyaya qarşı sanksiyalar Norveçdə də qüvvəyə minib.

Qeyd edək ki, Norveç Krallığı Avropa Birliyinin üzvü deyil, lakin rəsmi Oslo bundan əvvəl dəfələrlə bildirib ki, Ukrayna böhranında AB-nin tutduğu mövqeyi dəstəkləyir və Rusiyaya qarşı irəli sürülən tələbləri əsaslı sayır.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR