DSX Azərbaycana qanunsuz dərman preparatları və digər məhsulların gətirilməsinin qarşısını alıb

DSX Azərbaycana qanunsuz dərman preparatları və digər məhsulların gətirilməsinin qarşısını alıb
# 15 avqust 2014 14:16 (UTC +04:00)

Bakı. Rəşad Süleymanov - APA. Dövlət Sərhəd Xidmətinin (DSX) hərbi qulluqçuları tərəfindən Azərbaycana qanunsuz şəkildə dərman preparatlarının və digər məhsulların gətirilməsinin qarşısı alınıb.

Bu barədə APA-ya DSX-nin mətbuat mərkəzindən məlumat verilib.

Sərhədçilər tərəfindən sərhədboyu zonalarda həyata keçirilən rejim tədbirləri çərçivəsində avqustun 7-də “Samur” sərhəd nəzarəti məntəqəsinin xidməti ərazisində gizlədilmiş halda dövlət sərhədindən qanunsuz keçirilməsi üçün yığılmış 4 ədəd bağlamada ümumi çəkisi 80 kq, ümumi dəyəri 78 min manat dərman preparatları – “Dyufalak” 200 mq flakonda 80 ədəd, “Prostomol-uno” 90 qutu hər qutuda 30 ədəd, “Eryus” 340 qutu hər qutuda 10 ədəd, “Dnestatksin” 370 qutu hər qutuda 30 ədəd, “Litomin” 130 ədəd, “Yarina” 370 qutu hər qutuda 21 ədəd, “Manil” 120 flakon aşkar olunaraq görülüb.

Avqustun 10-da isə Qazax rayonu ərazisində yerləşən “Sınıq körpü” sərhəd zastavasının xidməti sahəsində qabaqlayıcı əməliyyat məlumatı əsasında sərhəd naryadı tərəfindən Kür çayında 1 nəfər naməlum şəxsin 2 ədəd qayıqla Gürcüstandan Azərbaycan istiqamətində dövlət sərhədini pozmağa cəhd etməsi müşahidə olunub. Sərhəd naryadı şəxsi saxlamaq istəyərkən o, qayıqlardan birində geri üzməyə nail olub. Digər qayığa baxış zamanı 95 ədəd “Tsarskaya vodka” markalı araq və 26 qutu müxtəlif adda pirotexniki vasitələr aşkarlanıb. Faktlarla bağlı araşdırma aparılır.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR