“Baku Guide" bələdçi kataloqunun sentyabr sayı çapdan çıxıb - FOTO

“Baku Guide" bələdçi kataloqunun sentyabr sayı çapdan çıxıb - <span style="color: red;">FOTO
# 03 sentyabr 2014 08:06 (UTC +04:00)

Bakı. Cavid Zeynallı - APA. "Baku Guide" bələdçi kataloqunun sentyabr sayı çapdan çıxıb.

Mədəniyyət və Turizm Nazirliyindən APA-ya verilən məlumata görə, nazirliyin dəstəyi, "Mədəniyyət" qəzetinin əlavəsi olaraq hazırlanan bələdçi kataloq Azərbaycan, rus və ingilis dillərində çap olunub.

"Bakı haqqında hər şey" ("All about Baku") konseptində hazırlanan nəşrdə Bakının küçə və meydanları, şəhər və şəhər ətrafındakı görməli yerlər, tarixi məkanlar, mədəniyyət ocaqları haqqında məlumatlar, ünvan və əlaqə telefonları əksini tapıb.

Bələdçi kataloqunda teatr və konsert salonlarının sentyabr ayı üçün repertuarı, “Park Cinema”da nümayiş olunacaq ən populyar filmlərin afişası da yer alıb. Eyni zamanda jurnalda sentyabr ayında gənclər və aktiv turistlər üçün nəzərdə tutulan tədbirlər, Şəkidə keçiriləcək teatr festivalı barədə məlumatlar da əksini tapıb.

Həmçinin turistləri və şəhərimizin qonaqlarını maraqlandıran hotel, restoran, ticarət və əyləncə məkanları haqqında məlumatlar, avtomobil kirayəsi, fövqəladə hallarda yardım almaq üçün çağrı mərkəzlərinin əlaqə nömrələri və s. kataloqda yer alıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR