Azərbaycanda məktublardan istifadə edənlərin sayı 14% artıb

Azərbaycanda məktublardan istifadə edənlərin sayı 14% artıb
# 01 avqust 2014 11:30 (UTC +04:00)

Bakı. Aynur Əliyeva – APA-Economics. Elektron poçt inkişafda olsa da, klassik poçtdan məktub göndərənlərin sayında azalma müşahidə olunmayıb. Hətta bu sahədə mütəmadi olaraq artım da qeydə alınır. “Azərpoçt” MMC-nin hesabatına görə, 2014-cü ilin 6 ayı üzrə poçt şöbələrində (PŞ) qəbul edilən daxili sadə və sifarişli məktub korrespondensiyasının sayı 3 mlrd. 232 mln. 581 min ədəd olub. Bu da ötən ilin müvafiq dövrü ilə müqayisədə 14,3% çoxdur.

Bu, cəmiyyətdən “APA-Economics”ə daxil olan məlumatda deyilir.

2014-cü ilin yanvar-iyun aylarında PŞ-lərdə qəbul edilmiş beynəlxalq sadə məktub və banderolların sayı 64 184 ədəd olub. 2013-cü ilin eyni dövrü ilə müqayisədə 5,4% çoxdur. 2014-cü ilin 6 ayında PŞ-lərdə qəbul edilən sifarişli məktub və banderolların sayı 18 688 ədəd, beynəlxalq kiçik paketlərin sayı 4 047 ədəd, daxili bağlamaların sayı isə 39 992 ədəd olub.

2014-cü ilin 6 ayı üzrə beynəlxalq bağlamaların sayı isə 4 471 ədəd olub ki, bu da ötən ilin müvafiq dövrü ilə müqayisədə 0,9% çoxdur. 2014-cü ilin 6 ayı üzrə daxil olan beynəlxalq kiçik paketlərin sayı 325 048 ədəd olub ki, bu da ötən ilin müvafiq dövrü ilə müqayisədə 55,9% çoxdur.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR