“Rabitəbank” sosial kampaniya keçirir

“Rabitəbank” sosial kampaniya keçirir
# 01 dekabr 2014 12:03 (UTC +04:00)

Bakı. Pərviz Nuriyev-APA-Economics. Müasir texnologiyaların inkişafı dövründə “Rabitəbank” öz aktivliyi ilə seçilərək, müştərilərinə hər zaman yaxın olmağa çalışır. Hal-hazırda ölkənin ən məşhur Facebook və Instagram sosial şəbəkələrində müştərilərinə xidmət göstərən “Rabitəbank” yeni “Check-in sizdən, hədiyyə bizdən” adlı sosial aktivlik yönümlü kampaniya təqdim edir.

Dekabrın 1-dən etibarən “Rabitəbank” filiallarında olduğunu Facebook sosial şəbəkəsində check-in funksiyası köməyi ilə qeyd edən müştərilərə xüsusi hədiyyələr təqdim olunacaq. İstifadəçilərin qeyd olunmasını sürətləndirmək məqsədi ilə konseptual poster üzərində QR-kod və NFC-çip yerləşdirilib. Bu alətlər köməyi ilə istifadəçi sadəcə 2-3 saniyə ərzində əməliyyatı həyata keçirə biləcək.

1993-cü ildə əsası qoyulmuş “Rabitəbank” hazırda Azərbaycanda mikro və kiçik biznesə kreditlərin verilməsi sahəsində aparıcı banklardan biridir. Bankın müştəriləri istehsalat, tikinti, kənd təssərüfatı, nəqliyyat, ticarət, kommunikasiya və başqa sahələri təmsil edən müəssisələr və fərdi sahibkarlar, həmçinin ölkə əhalisidir. Bank, 22 filial və 2 şöbə vasitəsi ilə Bakı şəhəri və Azərbaycanın 16 regionunu əhatə edir.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR