Azərbaycanda 17 il əvvəl adam öldürməkdə təqsirləndirilən şəxsin məhkəməsi başlayıb

Azərbaycanda 17 il əvvəl adam öldürməkdə təqsirləndirilən şəxsin məhkəməsi başlayıb
# 13 noyabr 2014 08:14 (UTC +04:00)

APA-nın məlumatına görə, hazırlıq iclasında zərərçəkmiş tərəfin nümayəndəsi çıxış edərək iş materialları ilə tanış olmadığını deyib. Bunun üçün məhkəmə noyabrın 20-nə təxirə salınıb.

Qeyd edək ki, V. Səmədov 1997-ci ildə Zülfüqar Ağalarovu odlu silahla öldürərək Rusiyaya qaçıb. Orada adını və soyadını dəyişib. Azərbaycanda barəsində axtarış elan edilib. Bu il isə V. Səmədov Bakıya gələrək istintaqa təslim olub.


O, Cinayət Məcəlləsinin 120-ci (qəsdən adam öldürmə) və 228-ci (odlu silah saxlama) maddələrinə əsasən ittiham edilir.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR