Bakıda fəhlə 14-cü mərtəbədən yıxılaraq ölüb

Bakıda fəhlə 14-cü mərtəbədən yıxılaraq ölüb
# 15 sentyabr 2014 10:44 (UTC +04:00)

Bakı. Fuad Cəfərov - APA. Bakıda fəhlə hündürlükdən yıxılaraq ölüb. Yasamal Rayon Polis İdarəsindən APA-ya verilən məlumata görə, hadisə Şərifzadə küçəsində inşa edilən binada qeydə alınıb.

Həmin ünvanda fəhlə işləyən Füzuli rayon sakini Nahid Əliyev 14-cü mərtəbədən yıxılaraq dünyasını dəyişib.

Faktla bağlı araşdırma aparılır.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR