Vergilər Nazirliyi indiyədək e-imza vasitəsilə həyata keçirilən əməliyyatların sayını açıqlayıb

Vergilər Nazirliyi indiyədək e-imza vasitəsilə həyata keçirilən əməliyyatların sayını açıqlayıb
# 29 sentyabr 2014 11:47 (UTC +04:00)

Bakı. Musa Əhmədov - APA-Economics. Vergilər Nazirliyinin elektron imza üzrə Sertifikat Xidmətləri Mərkəzi vasitəsilə indiyədək 3,5 milyona yaxın əməliyyat həyata keçirilib.

Azərbaycanda Amerika Ticarət Palatasından (“AmCham”) “APA-Economics”ə verilən məlumata görə, bu barədə vergilər nazirinin birinci müavini Natiq Əmirov “AmCham”ın təşkil etdiyi aylıq işgüzar naharı zamanı məlumat verib.

N. Əmirov deyib ki, bu Mərkəz tərəfindən indiyədək 55 mindən çox “Asan İmza” sertifikatı təqdim edilib.

“2014-cü ilin fevral ayında “Asan İmza” layihəsi Brüsseldə, Avropa Parlamentində Azərbaycanın orijinal məhsulu kimi təqdim olunub. “Asan İmza” ölkəmizin rəqabətqabiliyyətli və ixrac yönümlü İKT məhsuludur. Hazırda bir sıra ölkələr bu layihə ilə yaxından maraqlanırlar. Bu gün “Asan imza” layihəsi təkcə vergi xidmətinin deyil, ümumiyyətlə xalqa xidmət sahəsində Azərbaycan brendinə çevrilib”, - deyə nazir müavini vurğulayıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR