Maştağa sakini özünü güllələyib

Maştağa sakini özünü güllələyib
# 20 oktyabr 2014 10:36 (UTC +04:00)

Bakı. Hafiz Heydərov - APA. Maştağa sakini özünü güllələyib.

Sabunçu Rayon Polis İdarəsindən APA-ya verilən məlumata görə, hadisə oktyabrın 19-da Zeytun Sovxozunun ərazisində qeydə alınıb.

Maştağa qəsəbə sakini Səfər Misirli gözətçi işlədiyi Zeytun Sovxozunun ərazisində ov tüfəngi ilə ehtiyatsız davrandığından açdığı atəşdən ölüb. Hadisə yerindən müvafiq sənədləri olan ov tüfəngi götürülüb.

Faktla bağlı araşdırma aparılır.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR