Gəncədə bankomatdan oğurluğa cəhd göstərmiş şəxs saxlanılıb

Gəncədə bankomatdan oğurluğa cəhd göstərmiş şəxs saxlanılıb
# 20 oktyabr 2014 17:39 (UTC +04:00)

Gəncə. Azər Məmmədli – APA. Gəncədə bankomatdan oğurluğa cəhd edilib. Gəncə şəhər Kəpəz rayon Polis İdarəsindən APA-nın qərb bürosuna verilən məlumata görə, Gəncə şəhər sakini, 1990-cı il təvəllüdlü Abbaszadə Orxan Nüsrəddin oğlu şəhərin Azərbaycan küçəsi 38 ünvanında yerləşən poçtun inzibati binasının pəncərəsinin dəmir barmaqlıqlarını qıraraq içəriyə daxil olmuş və həmin binada yerləşən Kapital banka məxsus bankomatın qapısının dəstəyini sındıraraq oğurluq etmək istəyərkən yaxalanıb Kəpəz rayon Polis İdarəsinə təhvil verilib.

Faktla bağlı İdarədə araşdırma aparılır.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR