Prezident İlham Əliyev Avstriyanın Azərbaycandakı səfirini qəbul edib

Prezident İlham Əliyev Avstriyanın Azərbaycandakı səfirini qəbul edib
# 03 noyabr 2014 12:04 (UTC +04:00)

Bakı – APA. Prezident İlham Əliyev noyabrın 3-də Avstriya Respublikasının Azərbaycandakı fövqəladə və səlahiyyətli səfiri Silvia Mayer Kaybiçi diplomatik fəaliyyətinin başa çatması ilə əlaqədar qəbul edib.

APA-nın məlumatına görə, görüşdə Azərbaycanla Avstriya arasında ikitərəfli münasibətlərin müxtəlif sahələrdə inkişafından məmnunluq ifadə edilib, yüksək səviyyəli görüşlərin və qarşılıqlı səfərlərin əlaqələrin genişləndirilməsi baxımından önəmi vurğulanıb.

İqtisadi əməkdaşlığın razılıq doğurduğu bildirilərək, Azərbaycanda iqtisadiyyatın bir sıra sahələrində Avstriya şirkətlərinin səmərəli fəaliyyət göstərdiyi vurğulanıb, əlaqələrin bundan sonra daha da genişləndirilməsi üçün yaxşı perspektivlərin olduğu qeyd edilib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR