Bakıda mebel istehsalı sexində yanğın olub

Bakıda mebel istehsalı sexində yanğın olub
# 03 noyabr 2014 18:28 (UTC +04:00)

APA-nın Fövqəladə Hallar Nazirliyinin (FHN) saytına istinadən verdiyi xəbərə görə, Bakının Xətai rayonunda vətəndaşa məxsus ümumi sahəsi 1750 kv. m olan (hər mərtəbəsi 875 kv. m) ikimərtəbəli mebel sexinin 2-ci mərtəbəsinin yanar konstruksiyaları və içərisində olan əşyalar 505 kv. m sahədə yanıb.

Mebel sexinin qalan hissəsi yanğından mühafizə olunub. Yanğın saat 20:11-də yanğınsöndürənlər tərəfindən söndürülüb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR